Milli Bank Gürcüstan milli komandasının futbolda və 2024-cü il
Avropa çempionatında qazandığı tarixi qələbəni
qeyd etmək üçün Avro-2024 kolleksiya sikkəsinin dövriyyəyə
buraxılacağını açıqlayıb. Gürcüstan Milli Bankının Şurası müvafiq
qərar qəbul edib.
SEB-dən verilən məlumata görə, onlar kolleksiya sikkəsinin dizaynı
üzərində Gürcüstan Futbol Federasiyası ilə birgə çalışacaqlar.
Gürcüstanın futbol yığması tarixdə ilk dəfə olaraq Avropa
çempionatına vəsiqə qazanıb. Tbilisidəki “Dinamo Arena”da keçirilən
Avro-2024-ün seçmə mərhələsinin final oyununda Yunanıstan millisini
məğlub edərək, Almaniyada keçiriləcək Avro-2024-ün final turnirində
iştirak etmək hüququ
qazanıb.
İyunun 14-dən iyulun 14-dək Almaniyada Avropa çempionatının
oyunları keçiriləcək. Avro-2024-ün oyunları on şəhərdə keçiriləcək:
Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq,
Köln, Leypsiq, Münhen və Ştutqart.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415