Müxtəlif ölkələrdə icazəsiz yaşayan Gürcüstan vətəndaşının geri qaytarıldığı ölkələr - STATİSTİKA
Bu il xaricdə icazəsiz yaşayan 1015 Gürcüstan vətəndaşı readmissiya çərçivəsində geri qaytarılıb - bu barədə Daxili İşlər Nazirliyinin 2024-cü ilin birinci rübünün məlumatında deyilir.

Rəsmi məlumatlardan da aydın olduğu kimi, ən çox - 611 vətəndaş Almaniyadan, 165 nəfər Fransadan geri qaytarılıb; İsveçrədən isə 34 nəfər.

Qalan ilk on ölkənin məlumatları belə görünür:
  • Yunanıstan – 32
  • Polşa – 29
  • İtaliya – 23
  • Belçika – 20
  • İrlandiya – 18
  • İspaniya – 16
  • Avstriya və Hollandiya – 12-12
2023-cü ilin tam statistikasına gəlincə, ötən il Gürcüstanın 4365 vətəndaşı readmissiyaya məruz qalıb.

Xatırladırıq ki, Gürcüstan və Avropa İttifaqı arasında “icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2011-ci il martın 1-dən qüvvəyə minib. Müqavilə əsasında Avropa İttifaqının ərazisində qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşları Gürcüstana qaytarılır.
Müqavilə, həmçinin sazişdə müəyyən edilmiş şərtlər əsasında üçüncü ölkə vətəndaşlarının Gürcüstana qaytarılmasını nəzərdə tutur. Son təyinat dövlətinin sərhədinə qədər readmissiya və tranzitlə bağlı bütün nəqliyyat xərcləri sorğu edən dövlət tərəfindən ödənilir.

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google