Marneuli bələdiyyəsinin Sadaxlı kənd 2 saylı ictimai məktəbində
pedaqoq və şagirdlərə şalvar geyinmək qadağan olunub.
Valideynlər deyirlər ki, rəhbərliyin qərarına etiraz edirlər, ancaq
nəticə yoxdur. Gizliliyi qorumaqla qeydə aldığımız valideyn deyir
ki, direktor orta və baza pilləsindəki şagirdlərdən məktəbə ətəklə
gəlməyi tələb edir və şalvar geyinməyə icazə vermir.
“İllərlə bizim məktəbdə qadın müəllimlərin və qızların
şalvar geyinməsi ciddi bir problemə çevrilib. Müəllimlərə və 7-ci
sinifdən 12-ci sinifə qədər qızlara şalvar geyinməyə icazə yoxdur.
Valideynlər Ombudsmana da müraciət etmişik və məktəbə məktub gəldi.
Həmin məktub nəticəsində islaslar keçirildi, valideynlər direktor
səlahiyyətlərini icra edən şəxsin yanına da getdilər. Amma heç bir
nəticə vermədi. Eyni kənddə iki-üç məktəb var. Yan tərəfdə qızlar
və qadın müəllimlər şalvar geyinir, bizim məktəbdə geyinmirlər.
Daxili nizam-intizam qaydasında geyimlə bağlı heç nə yazılmayıb.
Sadəcə dərsin başlaması və bitməsi haqqında məlumat qeyd olunub.
Bizim məktəbdə yaşlı müəllim çoxdur və gənc müəllimlərin sayı
azdır. Ona görə də, iclaslarda müdiriyyət nə deyirsə, yaşlı
müəllimlər onu təsdiqləyir və gənc müəllimlərin fikirlərini
bildirməklərinə imkan verilmir. Onlar etirazlarını bildirsələr də,
əhəmiyyət verən yoxdur. Biz istəyirik ki, bu işin gedişatını səbəbi
bilək. Biz XI-ci əsrdə yaşayırıq və şalvarın ədəb-ərkan qaydalarını
pozduğunu deyirlər. Bu problemin bir nəticə tapmasını
istəyirik”, – valideynlərdən birinin müraciətində
bildirilir.
Valideyn bildirir ki, direktorun tətbiq etdiyi qaydaya tabe olmayan
yeganə şəxs gürcü dili müəllimidir. Natia Mania 10 ildən artıqdır
ki, Sadaxlı 2 saylı ictimai məktəbində dərs keçir. O, qeyd edir ki,
ona birbaşa heç kim məhdudiyyət qoymayıb. Məktəbdə tətbiq edilmiş
“geyim qaydası” haqqında isə şagirdlərdən eşidib.
“Əsasən şalvar geyinirəm, nadir hallarda ətək
geyinərəm. Heç bir qeyd verilməyib, yalnız nadir hallarda don
geyinəndə hamı tərifləyirdi ki, çox yaraşır, həmişə belə geyin.
Həqiqətən də heç vaxt heç kim söz deməyib ki, olmaz, yaxud
qadağandır. Mən də fikir verməmişəm ki, bütün müəllimlər don
geyinir, düşünürdüm ki, öz seçimləridir. Uşaqlardan eşitdim ki,
şalvar geyinib məktəbə gəlmək olmaz. Məndən soruşurudular ki,
dərsdən sonra, günün ikinci yarısında dərnəyə gələndə şalvar
geyinmək olarmı. Belə sual verdiklərinə təəccübləndim, dərs zamanı
qadağandır və buna görə bizimlə dalaşırlar dedilər. Məktəbə bir
neçə gənc müəllim qəbul olunub və sonra öyrəndim ki, müəyyən
narazılıqlar olub. Müəllim məktəbə şalvar geyinib gələndə onu
danlayırlarmış. Bu yalnız direktor tərəfindən olmurmuş, yaşlı
müəllimlər də söz deyirmiş. Bilirəm ki, başqaları direktordan
soruşublar ki, əgər bizə şalvar geyinmək olmazsa Natia niyə geyinir
və onlara deyib ki, çünki o, gürcüdür. Məntiqin nədə olduğunu başa
düşmürəm”, – Natia Mania bildirir.
Məlumatı aydınlaşdırmaq üçün “Marneuli” radiosu Sadaxlı 2 saylı
ictimai məktəbinin direktoru Faiq Şərifovla əlaqə saxladı və
məktəbdə müəllimlərin, şagirdlərin şalvar geyinməsini qadağan edən
daxili qaydasının olub olmamasını soruşdu. Məsələ səs-küyə səbəb
olduqdan sonra direktor bizim verdyimiz suala belə cavab verir ki,
təhsil müəssisəsində geyim qaydaları tətbiq olunmayıb və seçimdə
azaddırlar.
“Geyimdə heç bir məhdudiyyət yoxdur geyinə bilərlər,
sərbəstdirlər. Belə qayda-qanun yoxdur. Sadəcə onlara təklif olunub
ki, ətək də geyinə bilərsiniz və ya bu şəkildə də gələ bilərsiniz.
Yəni, heç bir məhdudiyyət qoyulmayıb. Məktəbin nizam-intizamında
şagirdin məktəbə uyğun şəkildə geyinməli olduğu yazılıb. Tutaq ki,
şagird məktəbə cırıq şalvarla və ya fərqli məna verən yazılı
paltarla gəlirsə, onda icazə verilmir. Valideyn necə istəsə
övladını elə geyindirib göndərə bilər”.
Direktor Xalq Müdafiəçisindən gələn məktubu təsdiq edir və bildirir
ki, onlara da məktəbdə heç bir geyim qaydasının olmadığını izah
edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.