Rusiya sərhəd mühafizəsi gəmiləri
Ukrayna Dəniz Donanmasının gəmilərinə Kerç boğazını tərk edərkən
atəş açıb. Bu haqda məlumatı Ukrayna tərəfi yayımlayıb.
Əldə olunan məlumatlara görə,
“Berdiansky” və “Nikopol” adlı iki kiçik artilleriya gəmisi Odessa
limanından Mariupola keçməyi planlaşdırırdılar. Bundan əlavə, “İan
Kapu” da zorla dayandırılmışdı. Ukrayna tərəfi bildirir ki, həmin
gəmilər Rusiya tərəfindən saxlanılıb. Hadisə nəticəsində bir neçə
Ukraynalı dənizçi yaralanıb.
Rəsmi Kiyevin verdiyi məlumata
görə, Rusiyanın təcavüzkar hərəkətləri ilk olaraq 25 noyabr
tarixində səhər saatlarında başladı. Həmin vaxt üç Ukrayna gəmisi
Odessadan Mariupol istiqamətinə yönəlmişdi. Müdafiə Nazirliyindən
verilən məlumata görə, Rusiya gəmisi Ukrayna gəmisi ilə qəsdən
toqquşub. Ukrayna tərəfinin sözlərinə görə, gəmilərin hərəkəti
əvvəlcədən planlaşdırılmmışdı.