Keçi ailənin illərdir yığdığı 20 min pulu yedi, kişinin dili tutuldu
Serbiyanın Raniloviç kəndində keçi
20 min avro pulu yeyib.
Belqraddan 80 kilometr məsafədə yerləşən kənddə ev keçisi masanın
üzərinə qoyulan 20 min avronu çeynəyərək yarasız hala salıb.
Bu barədə məlumatı mətbuata Milena Simic adlı qadın verib. O
bildirib ki, illərdir evdə saxladıqları Squirrel adlı keçi qapı
açıq qalan zaman evə girərək stolun üstündəki pulları çeynəyib.
Qadının dediyinə görə, 10 hektarlıq torpaq sahəsi almaq üçün
yığdıqları pulların məhv olduğu gün həyat yoldaşı şok keçirib və o
gündən sonra əri danışmır.
"Həyətdə oturmuşduq. Birdən xışıltı səsləri gəldi. Evə
doğru qaçanda dəhşətə gəldik. Keçi pulları yeyib, stolda cəmi 300
avro saxlamışdı", - Milena söyləyib.
Qəzəblənən ailə keçini kəsib, bişirib, yeyiblər.
Mənbə: milli.az