Qoç - günün ilk
yarısında maliyyə məsələləri ön plana çıxacaq. Bir qədər əvvəl
xərcləriniz çox olduğundan gəlirləri artırmaq zamanıdır. İndi yeni
işlərə başlamaq üçün ən yaxşı zaman olmasa da, əlavə gəlir mənbəyi
arayın. Günün ikinci yarısında ideyalarınızı reallaşdırmaq üçün
əlverişli imkanlar arayın.
Buğa - yaşanan situasiyaya diqqət yetirin. Naqolay vəziyyətə
düşməmək üçün sayıq və sərvaxt davranın. Gördüyünüz işi diqqətlə
yoxlayın. Dəqiq hesablamalar və mühüm sənədlərlə çalışanda
diqqətiniz mənasız nəsnələrə yayınmasın. Əks təqdirdə ağır fəsadlı
səhvlər istisna deyil.
Əkizlər - günün ilk yarısında tərəfdaş və ya şəriklə iş böyük
məsuliyyət tələb edir. Yardım üçün təcrübəli, bacarıqlı insanlara
müraciət edin. İşlərinizi uğurlu məcraya salmağa çalışın. Yeni
işlərə başlamayın. Günün ikinci yarısında fərqli layihəyə başlamaq
üçün görüş təyin etməyin.
Xərçəng - daha aktiv işləmək bəzi məsələlərə yenidən baxmaq və
müəyyən işləri yenidən görmək istəyi yaratsa da, təmkinli olun.
Bütün işlərə vaxt, enerji və ya imkan çatdıra bilməzsiniz. Şərait
ilk baxışdan uğurlu təsir bağışlasa da, genişmiqyaslı layihəni
ertələyin.
Şir - fərdiyyətçilik heç də ən effektiv metod deyil. Mövqelərinizi
möhkəmləndirmək istəyirsinizsə, iradəli və qətiyyətli olun.
Kənardan yardımlar olmadan, kimdənsə dəstək almadan məqsədə çata
bilərsiniz. Bunun sonucu isə yorğunluq, ətrafınızdakı insanların
qəzəbi və kəskin sözləri olacaq.
Qız
- nüfuzlu və hadisələrə təsir imkanına malik insanların olaylara
müdaxiləsi yolveriləndir. Yaranmış problemlərin öhdəsindən bu
minvalla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanları sərt tənqid
etməyin. Amma tənqidlə iradlara kəskin ehtiyac yaranarsa, bunun
üçün diplomatik ifadələr seçin.
Tərəzi - öhdəliklərinizi fasiləsiz, metodik şəkildə yerinə yetirin.
Ağır fəsadlara səbəb olacaq səhvlərə yol verməyin. Yaxın
ətrafınızdakı insanlarla emosional təmaslarda ola bilərsiniz. Yaxın
gələcəyinizin asılı olduğu, bundan sonra sizə dəstək verə biləcək
insanlarla aktiv ünsiyyətdə olun.
Günün ikinci yarısında ailədə stabil situasiya peşəkar
fəaliyyətinizə müsbət təsir edə bilər. Qarşılıqlı əlaqələr
möhkəmlənəcək, hisslər daha stabil olacaq. Axşam saatlarında
gəzintiyə yollanmaq mümkündür.
Əqrəb - günün ilk yarısında qüvvə və imkanlarınızdan bədgümanlıq
gördüyünüz işin nəticəsindən narazılıq hissi yarada bilər. Etibar
etdiyiniz insanın dəstəyini almağa çalışın. Tərəfdaş və ya şəriklə
söhbətdə situasiyanın təfərrüatlarını müzakirə edin.
Oxatan - fəaliyyət sahəsini genişləndirmək, yeni sifarişlər almaq
istəyirsinizsə, addımlarınızı və qərarlarınızı planlaşdırın. Yeni
işə, layihəyə başlamağa dəyməz.
Yaxın ətrafınızdakı insanlardan birinin fikirləri sizdə qıcıq
yarada bilər. Sakit, soyuqqanlı olun. Mübahisələrdə arqumentləri
qulaqardına vurmayın.
Oğlaq - günün ilk yarısında işləri qaydaya salın. Proseslərin adət
etdiyiniz məcrada olmasına çalışın. Narahat olmayın, situasiyanın
kəskin dəyişə biləcəyini düşünməyin. Kənar amillərdən və ya
başqasının tələbatından asılısızsa, durum ağırlaşacaq.
Dolça - günün ilk yarısı mürəkkəb, qarışıq zamandır. İstəklər və
niyyətlər gərginlik yarada bilər. İntiqam hissi və ya opponentin
yalan danışdığını aşkarlamaq istəyi işlərin gedişatına çox pis
təsir edə bilər.
Balıqlar - fəaliyyətinizdən həzz alırsınızsa, həttə ən rutin,
gündəlik işlərə də yaradıcı yanaşma tələb olunur. Qayğılar bu gün
maksimum vaxt alacaq. İşlərin öhdəsindən gəlmək istəyirsinizsə,
təcrübəli insanların məsləhətlərinə qulaq asın.