Səkkiz ay ərzində at əti ilə qidalanan uşaq bağçası yetirmələri - mal əti adı ilə at əti harada və necə istifadəyə verilirdi?
16:32 / 20.02.2019
Milli Ərzaq Agentliyi dövlət bağçalarının qida
rasionu üçün at ətinin ayrılması ilə bağlı dörd fakt
təsdiqləyiblər.
Agentliyin məlumatına görə, regionun müxtəlif müəssisələrində keçən
il aparılan araşdırma nəticəsində ümumi hesabda 34 at və eşşək
ətinin aşkarlanması halı qeydə alınıb. Məhz oxşar statistikaya görə
uşaq bağçaları və məktəblərin qida ehtiyatı məsələsinin daha da
ciddiləşdirilməsi planlaşdırılır. Aqrar məsələlər üzrə komitənin
sədrinin izahatına görə pozuntular olan halda şirkət cinayət işinə
cəlb olunacaq.
“Yeni Gürcüstanın” üzvü Teona Calidzenin bəyanatına görə konkret
olaraq Samtrediyanın uşaq bağçası səkkiz ay ərzində at əti ilə
təmin olunurmuş. İstifadəçilər Federasiyasının rəhbəri deyir ki, at
ətinin istifadəsi halları Tbilisidə dəfələrlə qeydə alınıb.
Ərzaq Mühafizəsi Agentliyinin rəhbəri Zurab Çekurişvili parlamentdə
aqrar məsələlər komitəsinin iclasında deputatları keçən il qurğuşun
tərkibi ilə bağlı olan nəticə ilə tanış edib. Milli Ərzaq
Mühafizəsi Agentliyinin məlumatına görə 2018-ci ildə ət
nümunələrində qurğuşun tərkibi aşkarlanmayıb, ancaq xam südün 15
nümunəsində və 8 ədviyyat nümunələrində normadan artıq tərkib aşkar
edilib.