Öldürdülər və quyuda basdırdılar, meyit 4 aydan sonra tapıldı - təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrum edildi

Telavi rayon məhkəməsi təqsirləndirilən şəxsi ağırlaşdırıcı şəraitdə qrup halında qəsdən adam öldürmə faktı üzrə təqsirli bilib.

O, 17 il müddətinə azadlıqdan məhrum edilib.

“2023-cü il yanvarın 18-də Qurcaani rayonunun Velisçixe kəndində təqsirləndirilən şəxsin evində 2 nəfərin keçmişdə baş vermiş münaqişə zəminində qisas məqsədi ilə zərərçəkmişə bədən xəsarətləri yetirmələri təsdiqlənib. Təqsirləndirilən şəxslər mərhumu öldürmək niyyəti ilə, küt əşyalardan istifadə edərək ağır yaralayıblar. O, hadisə yerindəcə keçinib.
Bundan sonra cinayətkarlar qətlə yetiriləni Velisçixedə, suvarma kanalının yaxınlığında yerləşən quyuda basdırıblar. Həmçinin cinayəti törədən şəxslər qətlə yetirilən şəxsə məxsus mobil telefonu ələ keçiriblər.
İş üzrə aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində meyit 2023-cü il mayın 25-də quyudan tapılıb.
Cinayəti törətmiş 1 nəfərə isə ağırlaşdırıcı şəraitdə qrup halında qəsdən adam öldürmə və oğurluq etmə faktları üzrə ittiham elan edilib. Telavi Rayon Məhkəməsi onu təqdim olunan ittihamlar üzrə tam təqsirli bilib.
İkinci təqsirləndirilən şəxsə gəlincə, o, həm də ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə və qrup halında törədilmiş oğurluq maddələri ilə ittiham olunub. Onun barəsində olan cinayət işinə mahiyyəti üzrə baxılması Telavi Rayon Məhkəməsində davam etdirilir”,
- Prokurorluqdan bildirilib.

Mənbə: Tabula

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google