Bu ilin birinci rübündə Gürcüstan Azərbaycana 48,457 milyon dollar
dəyərində 2 601 ədəd avtomobil ixrac edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd
olunub.
Bildirilib ki, cari ilin birinci rübündə Azərbaycana ixrac edilən
avtomobillərin dəyəri illik müqayisədə 51,226 milyon dollar və ya
51,3%, sayı isə 4 747 ədəd və ya 64,6% azalıb.
Belə ki, 2023-cü ilin ilk üç ayı ərzində Gürcüstan Azərbaycana
99,683 milyon dollar dəyərində 7 348 ədəd avtomobil ixrac edib.
Bu ilin ilk üç ayı ərzində Gürcüstanın avtomobil ixracının həcmi
illik müqayisədə 31,3% azalaraq 486,5 milyon dollar təşkil edib.
Ötən il isə bu göstərici 708 milyon dollar təşkil edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.