Meriyanın itlərin sığınacaq xidməti üçün elan
etdiyi tender beşinci dəfə baş tutub. Bu dəfə tenderdə yalnız iki
şirkət iştirak edib.
Onlardan birinə kvalifikasiya verilib. Qalib şirkət “Vektra”
MMC-dir.
Gürcüstan Heyvanların Müdafiəsi Federasiyasının sədri Temur
Lacğebianinin dediyinə görə, “Ekstra” MMC indiyə kimi yalnız özəl
xidmət göstərirmiş, bələdiyyə müqavilələrində iştirak etmək
təcrübəsi isə yoxdur. Onların işini heyvanların müdafiəsi
federasiyası monitorinq edəcək.
Sahibsiz itlər Marneuli miqyasında problemdir və aylardır ki, buna
dair nəticəsiz tender elan edirlər. Üç dəfə tenderdə heç kim
iştirak etmədi, dördüncü dəfədə isə şirkətə dekvalifikasiya
verildi. Dörd tenderin pozulmasını da Gürcüstan Heyvanların
Müdafiəsi Federasiyası ilə əlaqələndirirlər.
Yekun tender təklifində Marneuli meriyası büdcəni olduğu kimi
saxladı, amma hər itin xidmətinə görə, məbləği artırdı. 211 it
əvəzinə bələdiyyə 169 itə peyvənd, lazım gəldiyi halda isə
evtanaziya edəcək.
“Ekstra” MMC bələdiyyədə dekabr ayının sonuna kimi işlərə
başlayacaq.