Paşinyan: Ermənistan müharibəyə hazır olmalıdır

Ermənistan parlamentində bugünkü çıxışı zamanı ölkənin baş naziri Nikol Paşinyan Qarabağ konfliktinin sülh yolu ilə

tənzimlənməsi haqqında müxalifət nümayəndəsinin sualına cavab olaraq bildirib ki, Ermənistan yenidən birtərəfli rejimdə konflikti sülh yolu ilə tənzimləyə bilməyəcək.

“Erməni tərəfi Qarabağ konfliktinin yalnız sülh yolu ilə tənzimlənməsini mümkün hesab edir, ancaq bu demək deyil ki, Ermənistan müharibə üçün hazır olmamalıdır. Xalqı deyil, xalqları sülh üçün hazırlamalısan. Müvafiq olaraq əgər bir ölkədə hakimiyyət öz xalqını sülhə hazırlamırsa ikinci ölkə hakimiyyəti bunu edə bilməz. Biz vəziyyətə uyğun olaraq hərəkət edəcəyik” - Paşinyan bildirib.

Həmin vaxt, Qarabağ konfliktinin sülh yolu ilə tənzimlənməsi haqqında bəyanatlar Azərbaycan hakimiyyətində də verilir. Buna əsasən Bakı Yerevanı sülh yolu danışıqlarına baxmayaraq konfliktin sülh yolu ilə həll olunmasına hazır olmamaqda günahlandırır.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ konflikti 1988-ci ildə başlayıb. Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycanın 20% Ermənistanın silahlı qüvvələrinin işğalı altındadır. Ermənistan isə bunu inkar edir. 1994-cü ildə tərəflər atəşin dayandırılması rejimi ilə bağlı imza atıblar, amma bu günə qədər beynəlxalq təşkilatlar tərəfindən uğursuz hesab olunur. Hər iki tərəf daim atəşin dayandırılması haqqında rejimin pozulamsında bir-birini günahlandırır.


Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები