Biz "Milli Hərəkatla" mübarizə aparanda İrakli Kobaxidze qoqli-moqli yeyirdi - Beseliya
“Biz “Milli Hərəkatla” mübarizə aparanda və güllənin səsinə dayananda bu sözlərin müəllifi qoqli-moqli yeyirdi və deşikdən bizə baxırdı ki, bacara biləcəkdik və yaxud xilas olacaqdıq” - parlament əksəriyyətinin üzvü Eka Beseliya parlamentin sədrinin çıxışına rəy bildirib.

Beseliyanın tənqidinə İrakli Kobaxidzenin “Levan Qoqiçaişvili və “Milli Hərəkat” arasında konsensus olduqca vacibdir”.

“Qoqli-moqli ilə böyümüş kiçik oğlanlar özlərinə bu tonda danışmağa icazə verirlər. Mənim sonuncu sözümdə cavab alacaq. Bu addımlardan sonra parlamentin necə sədri olacaq, bu cavabları o, da cəmiyyət də dinləyəcək. Dünən pislik törədən o damlar, bu gün yaxş olublar, mənəvi olaraq mənim üçün mübarizə apardığımız adamların durduğu yerdə durur” – Eka Beseliya bildirib və anons edib ki, parlamentin plenar iclasında elan olunmuş fasilədən sonra İrakli Kobaxidzeyə “acı cavab” verəcək.

Eka beseliyanın sözlərinə görə, o, “qərarı müzakirə etmək” üzrədir və parlamentdə bu kimin üçünsə xoş ola bilər.

“Bu təəssüf ki, komandada gördüyüm çoxluğun “Milli Hərəkatın” filialıdır. Nika Meliya, Samadaşvili və ya Ratiani mənim üçün bir tamdır, dəstəkləyəcəklər ya yox bu mənim üçün əsas deyil. Sadəcə səs sayı lazımdır ki, təşəbbüs keçsin. Onlar da başa düşürlər ki, bu təşəbbüsü dəstəkləməkdən imtina etmək qeyri-populyardır və Kobaxidze bunu başa düşmür, guya ki, konstitusiyanı qoruyur. Konstitusiyanı qorumur, Zardiaşvili və Çinçaladzeni qoruyur” - Beseliya bildirib.

Parlament tezləşdirilmiş qaydada 9 deputatın daimi hakimlərin təyin edilməsinin 2025-ci ilə qədər dayandırılmasını nəzərdə tutan təşəbbüsünü müzakirə edəcək. “Gürcü arzusunun” deputatı Eka Beseliya bildirir ki, idarəçi komandada qalıb qalmaması məhz qeyd olunan qanun layihəsinin səsvermə nəticəsindən asılı olacaq.

“Gürcü Arzusu”nun siyasi şurası dünən 20 fevralda məlumat yayımlayıb və qeyd edib ki, Beseliya və 8 deputat tərəfindən hazırlanmış qanunvericilik təşəbbüsüni parlament əksəriyyəti dəstəkləməyəcək.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google