Sürücülük vəsiqəsinin C, D və E kateqoriyalarını dəyişmək istəyənlərin sayının çox olduğuna görə Xidmət Agentliyi bazar günü də çalışacaq
Sürücülük vəsiqəsinin C, D və E kateqoriyalarını dəyişmək istəyənlərin sayının çox olduğuna görə Xidmət Agentliyi bazar günü də çalışacaq.

“DİN-in Xidmət Agentliyi məlumat verir ki, sürücülük vəsiqəsinin C,D vəE kateqoriyalarını dəyişmək istəyənlərin çox sayda olmasına görə agentliyin bütün xidmət mərkəzləri əlavə olaraq bazar günü də, 24 fevralda saat 09:30-dan 18:00-a kimi çalışacaq. Əlavə iş günündə vətəndaşların yalnız sürücülük vəsiqəsinin dəyişdirilməsi-bərpası xidmətindən istifadə edə biləcəklər”- DİN-dən bildirirlər.

2019-cu ilin bir martından Gürcüstanda 2014-cü ilin bir martına qədər verilmiş C,D və E kateqoriyası və alt kateqoriyanın sürücülük vəsiqələri hüquqi qüvvəsini itirir. Dəyişiklik B kateqoriyasına, yəni minik maşını kateqoriyasının sürücülük vəsiqəsinə aid deyil. Həmçinin, B kateqoriya ilə yanaşı əlavə C,D və ya CD kateqoriyası olan, nacaq indiki mərəhlədə yalnız B kateqoriyasından istifadə edən vətəndaşlara da aid deyil. Qeyd olunan şəxslər marta qədər dəyişmək məcburiyyətində deyillər, vaxt başa çatdıqdan sonra nə zaman istəsələr Xidmət Agentliyinə müraciət edə və hər hansı əlavə proseduralardan keçə, həmçinin, imtahan vermədən sürücülük vəsiqəsini də dəyişə bilərlər.

DİN-in məlumatıa görə vətədaşlara xidmətin əlçatan olmasını artırmaq üçün agentlik cari ilin 8 fevralından xüsusi rejimlə çalışır – iş saatlarının sayı artırılıb və vətəndaşlar bazar ertəsindən hər iş günü saat 09:00-dan 20:00-a qədər şənbə və bazar günləri isə saat 09:30-dan 18:00-a qədər sürücülük vəsiqələrini dəyişə bilərlər.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google