“Kartu” Fondu futbol üzrə milli komandaya Avropa çempionatının
qrupundan çıxacağı təqdirdə 30 milyon lari vəd edib.
Bu barədə “Kartu”nun hökumət mediası tərəfindən yayılan bəyanatında
deyilir.
“Futbol üzrə Gürcüstan milli komandası Avropa
çempionatına yollanmaqla hər bir gürcüyə böyük sevinc bəxş etdi. Bu
uğurun, nəsillərin arzusunun gerçəkləşməsinin arxasında hər bir
futbolçunun, məşqçilər korpusunun nümayəndəsinin, futbol sahəsi ilə
məşğul olan insanların böyük əməyi var.
Məhz buna görə də futbol komandasının motivasiyasını daha da
dəstəkləmək məqsədilə “Kartu” Fondu futbol komandasına Avropa
çempionatının qrupundan çıxması halında mükafat olaraq 30 milyon
lari verəcək. Bundan əlavə, “Kartu” Fondu qrupdan çıxdıqdan
sonra milli komandanı növbəti matçda qazanılan hər qələbəyə görə
əlavə 30 milyon lari məbləğində mükafatlandıracaq.
Milli komandamıza qələbə arzulayırıq. İnanırıq ki, bu, belə
heyrətamiz uğur yolunun yalnız başlanğıcıdır və qarşıda hələ çoxlu
qələbələr var”, - bəyanatda deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.