“Xarici təsirin şəffaflığı haqqında” qanun Rusiyadan ilhamlanıb və
etirazlara səbəb olub. Etirazlara Rusiya təsirinə qayıtmaq
istəməyən gənclər rəhbərlik edir.
Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili “Sky News”a
deyib.
Prezidentin sözlərinə görə, Gürcüstan vətəndaşları heç kimə Avropa
perspektivini və reallığını oğurlamağa imkan verməyəcək:
“Bəzi müxalifət liderlərinə və gənclərə qarşı zorakılıq
tətbiq olundu, lakin bu, Gürcüstan xalqını dayandıra bilməz. Bu,
uzun döyüşdür, Gürcüstan əvvəllər dəfələrlə Rusiyanın üstünlüyünü
məğlub edib. Bu qanun layihəsinin yenidən gündəmə gətirilməsində
vacib odur ki, layihə sırf Rusiyadan ilhamlanıb və etirazlara səbəb
olub".
"Vacibdir ki, bunu müxalifət partiyaları deyil,
əhalinin Rusiya təsirinə qayıtmaq istəməyən gənc hissəsi təşkil
edib. Biz bu statusu gördük. Namizədlik dekabr ayında verildi ki,
Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar ilin sonunda başlaya
bilər. Bu reallıqdır və heç kimə perspektivi oğurlamağa imkan
verilməyəcək", - S.Zurabişvili bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.