Bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı üçün Cənubi Qafqaz
regionunun bütün ölkələrinin potensialından istifadə etmək
lazımdır.
Bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Asiya İnkişaf
Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində “Orta Dəhliz:
Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda
panel müzakirəsi zamanı deyib.
Nazir onu da vurğulayıb ki, Gürcüstan Azərbaycan-Avropa İttifaqı
“yaşıl dəhliz” layihəsinin həyata
keçirilməsi üçün özəl sektoru
cəlb edəcək.
L.Xutsişvili Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan
hökumətləri arasında imzalanmış Qara dənizin dibi ilə kabel
xəttinin çəkilməsi layihəsinin hazırlanması məsələsini də
qaldırıb.
O ümid etdiyini bildirib ki, texniki-iqtisadi əsaslandırmanın
nəticələri yaxın bir neçə ay ərzində əldə edilə bilər:
“Bu layihə çərçivəsində biz regiondakı tərəfdaş
ölkələrlə əməkdaşlıq edirik. Bundan əlavə, biz özəl sektor
vasitəsilə maliyyə vəsaitlərinin cəlb edilməsi üzərində
işləyirik”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.