Tbilisi meriyası: Qldani rayonunda həyətləri su basıb, torpaq çöküb
Meriyadan verilən məlumata görə, Tbilisiyə yağan güclü yağış paytaxtın müxtəlif ərazilərində müəyyən problemlər yaradıb. Onların məlumatına görə, Qldani rayonu xüsusilə təsirlənib.

"Muxiani kəndindəki bağ evlərində həyətyanı sahələri su basıb. Həmçinin qabaran Qldanula çayı yerli sakinin həyətyanı sahəsini basıb və torpağı yuyub.

"Bir neçə ünvanda yol infrastrukturuna ziyan dəyib, ağacların aşması və yamacların aşması halları baş
verib",
- meriyanın məlumatında deyilir.

Meriyadan verilən məlumata görə, yağışın problem yaratdığı yerlərdə fövqəladə halların idarə olunması xidmətinin, meriyanın idarə heyətinin və müvafiq qurumların əməkdaşları işləyir.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google