Sərhəd polisi Gürcüstan-Azərbaycan dövlət sərhədi yaxınlığında külli miqdarda heroin müsadirə edib
Daxili İşlər Nazirliyinin sərhəd polisi əməkdaşları operativ məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan-Azərbaycan dövlət sərhədi – “Vaxtanqisi” sərhəd-keçid məntəqəsi yaxınlığında 1990-cı ildə anadan olmuş Gürcüstan vətəndaşı, əvvəllər dəfələrlə məhkum olmuş və hal-hazırda şərti məhkumluqda olan R.M.-nı saxlayıblar. O, dövlət sərhədini qanunsuz keçməkdə və külli miqdarda narkotik vasitəni qanunsuz olaraq Gürcüstana gətirməkdə ittiham olunur. Həmin cinayət üçün 15-ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Hüquq mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərinin axtarışı nəticəsində külli miqdarda – 3.5 kiloqram narkotik vasitə müsadirə ediblər ki, buradan da 1 kq 119 qr heroin, 1 kq 935 qr Metamfetamin olub.

Cinayət Məcəlləsinin Gürcüstan dövlət sərhədini qanunsuz keçmək, külli miqdarda narkotik vasitəni qanunsuz olaraq Gürcüstana gətirmək və külli miqdarda narkotik vasitənin əldə olunması-saxlanılmasını nəzərdə tutan 344-cü maddəsinin 1-ci hissəsi, 262-ci maddəsinin 4-cü hissəsinin “a” bəndi və 260-cı maddəsinin 6-cı hissəsinin “a” bəndi üzrə istintaq aparılır.
Mənbə: police.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google