Braziliya və İrandan 3 kq-dan artıq "Kokain" və yarım kq-a qədər "heroin"in gətirilməsi ittihamı ilə üç nəfər saxlanılıb
Hüquq mühafizəçiləri Gürcüstanda böyük miqdarda narkotik maddənin qanunsuz gətirilməsi faktına dair iki nəfəri saxlayıb.
DİN-in mərkəzi kriminal polis departamentinin təşkil olunmuş cinayətlərlə mübarizə üzrə baş idarəçiliyinin rəhbəri Mamuka Celidze baş tutan brifinqdə bildirib ki, polis tərəfindən Tbilisi beynəlxalq aeroportunda sübut olaraq 3 kilo və 100 qram narkotik maddə “kokain” və 8 top yarım kiloya qədər heroin götürülüb.

“Mərkəzi Kriminaı Polis Departamentinin və Gəlirlər xidmətinin gömrük departamentinin əməkdaşları, birgə aparılan əməliyyat nəticəsində Portuqaliya vətəndaşı 1979-cu il təvəllüdlü A.F. xüsusi olaraq böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi saxlanılması və Gürcüstana gətirilməsi ittihamı ilə Tbilisi beynəlxalq aeroportunda saxlanılıb.

İstintaq müyyən edib ki, ittiham olunan şəxs Gürcüstana Braziliyadan uçub. Hüquq mühafizəçiləri onun çantasını axtararkən xüsusi miqdarda – 3 kilo və 100 qram narkotik maddə kokain çıxarıblar.Bunun üçün müvafiq ekspertiza təyin olunub. Cinayət 8-dən 20 ilə qədər və ya daimi azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Həmçinin, Tbilisi beynəlxalq aeroprotunda narkotik vasitələr üçün saxlanılan İranın iki vətəndaşı saxlanılıb. Kvemo Kartli Polis Departamentinin əməkdaşları 1955-ci il təvəllüdlü S.Q. və 1989-cu il təvəllüdlü P.Q. xüsusən böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi saxlanılması ittihamı ilə saxlayıblar.

Hüquq mühafizəçiləri hər iki saxlanılan şəxsdən sübut olaraq 8 top yarım kiloya qədər narkotik maddə “heroin” götürüblər.

İstintaqla müəyyən edilib ki, ittiham olunanlar narkotiki İrandan qanunsuz olaraq gətiriblər”- bildirib Mamuka Celidze. Onun məlumatına görə, hər iki faktla bağlı Gürcüstan CM-nin 260-cı və 262-ci maddələri ilə istintaq gedir.

Mənbə: İnterPressNews

Print