Kirovka kəndində 2019-cu ildə yolların çəkilməsi planlaşdırılır
15:56 / 06.12.2018
Kirovka kəndi
Marneulidən təxminən 30 kilometr məsafədə yerləşir. Kəndin daxili
yolları bərbad vəziyyətdədir.Bu
yollarda maşınlar çətinliklə hərəkət edir. Yerli sakinlər yolların
bərbad vəziyyətdə olmasına çətinlik çəkirlər. Sakinlər deyirlər ki,
yağışlı havalarda vəziyyət daha da çətinləşir.
Marneuli bələdiyyəsindən bildirirlər ki,
Kirovka kəndində yolların 2019-cu ildə çəkilməsi planlaşdırılır.
Bunun üçün isə yerli büdcədən 300 000 lari
xərclənəcək.