"VMH"-ın ofisində qadın dünyasını dəyişib
Tbilisidə Milli Hərəkatın ofisinə kömək
istəmək üçün gedən qadın dünyasını dəyişib.
TV
Pirvelinin facebook səhifəsinin canlı yayımında Milli Hərəkatın
üzvü Levan Xabeişvilinin bildirdiyinə görə qadın müəyyən sənədlərlə
gedibmiş güman ki, yardım istəyirmiş.
Mühafizə xidməti onunla danışan zaman qadın oturmaq istəyib və
bundan sonra bir neçə dəqiqəyə dünyasını dəyişib. Patrul ekipajı və
təcili yardım çağırılıb. Bu dəqiqələrdə ofis bağlanıb.