İctimai Kanalın jurnalisti Sofo
Mtvlişvili öz "Facebook" səhifəsində video
yayımlayıb.
Məktəbin “sandıqxanasına” atılmış kitablar arasında Təhsil
Nazirliyi tərəfindən göndərilmiş açılmamış Gürcü dili dərslikləri
də var.
Videodan şagirdlərin hansı şəraitdə dərs aldıqları da görünür.
Kitabların atıldığı həmin yerdə üçüncü sinif şagirdləri dərs
keçirlər.
Dağılmış köhnə döşəmə – jurnalistin yazdığına görə bu şahidi olduğu
mənzərənin kiçik bir hissəsidir ki, yalnız bunu çəkməyə nail olub.
Belə ki məktəbin müdiriyyəti onları məktəb ərazisini tərk etməyə
məcbur ediblər.
Video Kvemo Bolnisidə (Bolnisi rayonu, Kəpənəkçi kəndində) çəkilib.
Həmin kənddə etnik Azərbaycanlılar məskunlaşıb.