Qaracalar kəndində 19 yaşlı oğlanı qətlə yetriblər (VİDEO)
23:39 / 01.02.2019
Telavi bələdiyyəsinin Qaracalar
kəndində 19 yaşlı oğlanı öz kəndlisi öldürüb.
Hadisə bir neçə dəqiqə əvvəl kənd məscidinin qarşısında baş verib.
Məlumata görə, gəncə odlu silahdan ölümcül yara vurulub. Hadisə
yerinə hüquq mühafizəçiləri və yerlilər toplaşıblar.
Qaracalar kənd sakinlərinin məlumatına görə hadisə intiqam almaqla
bağlıdır. Onların sözlərinə görə qətldən sonra günahkar şəxs
könüllü polisə təslim olub.
Hadisə ilə bağlı 108-maddə ilə istintaq başlayıb. Maddə qəsdən adam
öldürməni nəzərdə tutur.