Yəqin ki, restoranlarda qızardılmış dondurmanın
dadına baxmısınız. Bəs, Yapon məxbəxinə aid bu desert necə
hazırlanır?
Qızardılmış dondurma desertinin reseptini təqdim edirik:
Lazım olanlar:
Dondurma
Suxari
Əzilmiş kakos
2 ədəd yumurta
Hazırlanma qaydası:
Əvvəlcə dondurmanı soyuducuya. Buz kimi olana qədər qalır. Sonra
yumurtanı suxari və kakos əzilmişi ilə qarışdırırıq. Dondurmanı
çıxardıb kəsirik. Etdiyimiz suxarili qarışığı dondurmanın hər
yerinə vururuq. Daha sonra yenə soyuducuya qoyub yarım saata qədər
gözləyirik.
Sonra sobaya qazan qoyuruq. Qızdıqdan sonra yağ tökürük. Yağ hazır
olduqda dondurmalarımızı ora atırıq. Hər iki üzünü 20 saniyədən
artıq olmamaq şərtilə yaxşı qızardırıq.