Gürcüstanda qüvvədə olan avtomobil dayanacaqları sertifikatlaşdırmadan keçməli olacaqlar
Gürcüstanda
qüvvədə olan avtomobil dayanacaqları sertifikatlaşdırmadan keçməli
olacaqlar.
Bu
haqda parlamentdə təqdim olunmuş hökumət planında qeyd olunub.
Söhbət 2019-cu ilin yaz sessiyası üçün nəzərdə tutulmuş Gürcüstan
hökumətinin qanuni fəaliyyətinin qısa müddətli planından gedir.
Konkret olaraq, sənədə əsasən, qanun layihəsi avtomobil
dayanacaqlarının sertifikatlaşdırılmasını və onunla bağlı tələbləri
nəzərdə tutur. Belə ki, layihə ilə avtomobil dayanacaqlarının
diferensiallaşdırılması 3 sinifə bölünür.
“Bu gün mövcud olan tam liberallaşma şəraitində
avtomobil səyahət daşımaları sahəsini təşkil edən əsas hissəsinin –
avtomobil dayanacaqlarının sahibləri və başqa şəxslər tərəfindən
marşrut şəbəkəsinin mənimsənilməsi baş verir. Onların razılığı
olmadan praktiki olaraq ölkə daxilində maşrutkaların davamlı
çalışmasını həyata keçirmək mümkün deyil. Dayanacaqların
sərnişinləri kommersiya ilə daşıması zamanı da eyni vzəiyyətlə
qarşılaşırıq. Sərnişinlərin kütləvi şəkildə olduğu yerlərdən
daşınması davamlı xarakter daşımağa başlayıb, buna görə
avtobusların xaoslu hərəkət etməsi, tıxaclar kəskin dərəcədə artıb.
Ekoloji vəziyyət hiss olunacaq dərəcədə pisləşib. Çox hallarda
daşıma prosesi qeyri-leqal (istehsal üzrə reyestrdə qeydiyyatdan
kənar çalışan) daşıyıcılar tərəfindən hərəkətə, ətraf mühitin
qorunması və sürücülərin əmək və istirahəti normalarına zidd olaraq
həyata keçirilir” - sənəddə qeyd olunub.
Belə ki, plana əsasən dəyişikliyin məqsədi avtomobillə
sərnişinlərin daşınması (beynəlxalq/ölkə daxili) sahəsində və
sərnişin avtomobil dayanacaqlarında olan vəziyyəti qaydaya salmaq
üçün optimal və qüvvədə olan baza yaratmaqdır.