Daxili İşlər Nazirliyi: 2024-cü ilin əvvəlindən 270 nəfəri narkotik cinayətlərinə görə saxlamışıq

2024-cü ilin əvvəlindən indiyədək Gürcüstanda narkotik cinayətlərində ittiham olunaraq 270 nəfər, o cümlədən 27 narkotik alverçisi saxlanılıb.


Bu barədə nazirlikdə keçirilən brifinqdə Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Teymuraz Kupatadze məlumat verib.

"Bu ilin əvvəlindən ölkə üzrə narkotik cinayətlərinə görə 270 nəfər saxlanılıb. Onlardan 27-si narkotik alverçisidir. Aydınlaşdırmaq istərdim ki, saxlanılanlar arasında ənənəvi əldən-ələ ötürmək metodu ilə narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər də var. Bundan başqa, narkotik alverçiləri adlanan şəxslər müxtəlif növ narkotik vasitələrini müəyyən yerlərdə “gizlədərək-çatdırma” metodu ilə satıblar. Həmçinin saxlanılanlar arasında sərhəddən qanunsuz olaraq narkotik vasitələri keçirən, müxtəlif növ narkotik vasitələr gətirən şəxslər də var ki, onlar bədənlərində gizlədərək ölkəyə narkotik maddə gətiriblər”, - Kupatadze bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, onların şəxsi avtomobillərinə və evlərinə baxış nəticəsində maddi sübut kimi aşağıdakılar götürülüb: Heroin, Kokain, Alfa PVP, Subotek, Suboksin, Metadon, MDMA, LSD, Mefedron, Amfetamin, Ekstaz, Həşiş və s.

Agentliyin məlumatına görə, Gürcüstan, Rusiya, İran, Belarus, İraq, Qazaxıstan, Ukrayna, Hollandiya, Türkiyə, Ermənistan və İordaniya vətəndaşları saxlanılıb. Cinayətlər 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

წყარო: ტაბულა

 

Print ელ. ფოსტა
თეგები: Narkotik cinayətləri
FaceBook Twitter Google