Martın 26-da Sinqapur bayraqlı yük gəmisi DALİ ABŞ-ın Merilend
ştatının Baltimor şəhərində
Frensis Skott Key körpüsünün dirəklərindən birinə toxunub və
nəticədə körpü uçub.
Hazırda Baltimor limanında xilasetmə və axtarış işləri aparılır,
onun daxilində dalğıclar suya düşən 6 işçini axtarır. Məlumata
görə, gəmi körpüyə çırpılan zaman 6 nəfər körpüdə yol təmiri işləri
aparırmış.
Merilend ştatının polisi
və ABŞ Sahil Mühafizəsinin yüksək
səviyyəli rəsmiləri bildiriblər ki, görmə məsafəsinin azalması və
güclü cərəyanlar xilasetmə işlərini qeyri-mümkün edib. Nəticədə
suya girdikdən 18 saat sonra işçilərin axtarışı müvəqqəti olaraq
dayandırılıb.
Çərşənbə günü yerli səhər saat 6-da polis polkovniki Roland Batler
itkin düşən 6 nəfərin xilas edilməsi üçün daha ətraflı axtarışların
bərpa olunduğunu açıqlayıb.
Bununla belə, Sahil Mühafizəsinin yüksək rütbəli zabiti Şennon
Gilreatın sözlərinə görə, "biz bu [itkin] şəxslərin heç birini sağ
tapacağımızı düşünmürük."
Bundan əvvəl xilasedicilər eyni təmir işləri aparan iki işçini
sudan çıxarıblar. Onlardan biri xəstəxanaya aparılıb.