Prezident “Ofşor qanunu”na veto qoydu

Prezident “Ofşor qanunu”na veto qoyub və əsaslandırılmış fikirlərlə onu Parlamentə qaytarıb.

Məlumatı Prezident Administrasiyası yayıb.

Aprelin 19-da “Gürcü arzusu” iqtisadi səmərə əldə etmək məqsədi ilə vergi məcəlləsinə sürətləndirilmiş dəyişiklik edib ki, bununla da biznesin ofşor zonalardan Gürcüstana köçürülməsinə vergi güzəştləri tətbiq olunacaq.

Hökumətin əlehdarları qanunun “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvilinin maraqlarına uyğun olduğunu və sanksiyalar gözləntilərinin
artması ilə əlaqəli olduğunu düşünürlər.

Yeni qanuna əsasən, xarici müəssisənin bütün aktivləri (səhmləri daxil olmaqla) Gürcüstan müəssisəsinə verildiyi təqdirdə şirkət bir dəfə gəlir və mənfəət vergisindən azad ediləcək.

Sadə dillə desək, aktivin ofşordan Gürcüstan hüquqi şəxsinə verilməsinə vergi tutulmayacaq. Bundan əlavə, ofşorda qeydiyyatdan keçmiş şirkətin müxtəlif növ aktivləri varsa, məsələn, təyyarə, avtomobil Gürcüstana gətirilərkən idxal vergisi ödəməyəcək.

Müəssisələrin ofşor zonalardan köçürülməsi üçün güzəştli şərtlər 2028-ci ilin yanvar ayına qədər davam edəcək.

Nəzərə alsaq ki, bu gün Gürcüstanda mənfəət vergisi 15%, gəlir vergisi 20%, idxal vergisi isə 5% və ya 12% təşkil edir [malların növlərinə görə dəyişir].
Mənbə: radiotavisupleba.ge

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები

Warning: mysql_query(): Unable to save result set in /var/www/marneulifm.ge/public_html/libraries/joomla/database/database/mysql.php on line 223
მსგავსი სტატიები არ მოიძებნა