Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Ramazan ayı ilə
əlaqədar iftar süfrəsini 3 aprel tarixində açıb, dövlət alqı-satqı
saytında sadələşdirilmiş müqaviləni isə 16 aprel tarixində
yayımlayıb.
Marneuli meriyasının yayımladığı sadələşdirilmiş müqaviləyə görə,
yerli özünüidarə iftar süfrəsinin açılmasını fərdi sahibkar Elçin
Əliyevə tapşırıb.
“Bildiyiniz kimi, Ramazan ayı bütün müsəlmanlar üçün
vacibdir. Cari ilin 3 aprel tarixində, ənənəvi olaraq iftar süfrəsi
açılacaq və süfrədə 340-350 nəfər dəvət olunmuş qonaq iştirak
edəcək.
Xahiş edirik, müvafiq xidmətə şam yeməyinin təşkil edilməsi xidməti
ilə əlaqədar tapşırıq verəsiniz”, – Marneuli merinə
iftar süfrəsinin açılması ilə əlaqədar Marneuli şəhər inzibati
vahidliyinə merin nümayəndəsi Elçin Cəfərli müraciət edib.
Marneuli merinin sərəncamına görə, iftar süfrəsi 340-350 nəfər üçün
açılıb. Fərdi sahibkar Elçin Əliyevlə bağlanmış
təqdimetmə-təhvilvermə aktına görə, Marneuli meriyası qonaqları
qarşılamaq üçün 22 850 lari xərcləyib.
“Marneuli bələdiyyə meri Kənan Ömərov, Bələdiyyə
Məclisi sədri Amiran Qiorqadze ilə birlikdə şam yeməyində
Müsəlmanlar İdarəsinin ruhani liderlərini, Kvemo Kartli Bölgə
rəhbərliyini və qonşu bələdiyyələrin rəhbər şəxslərini, Gürcüstan
Parlamentinin üzvlərini, diplomatik korpus nümayəndələrini,
dindarları qarşılayıb”, – Marneuli meriyasının
yayımladığı məlumatda qeyd olunur.
Marneuli meriyası iftar süfrəsini 2023-cü ildə də açımışdı. Ötən il
meriya süfrəni sadələşdirilmiş izahatnaməyə görə, 280-290 nəfər
üçün açıb və 18 195 lari xərcləyib.
2023-cü ildə iftar sürfəsində heç bir qadın iştirak etməyib. Bu il
meriya tərəfindən yayımlanmış fotolardan görünür ki, iftar
süfrəsində Marneuli Bələdiyyə Məclsinin üzvü və Aparatın əməkdaşı
olan maksimum 10 qadın iştirak edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.