Marneuli-Sadaxlı magistral yolunda yol nəqliyyat hadisəsi baş vermişdir
Bu gün, 24 aprel tarixində saat 9:00 radələrində Marneuli-Sadaxlı magistral yolunun təxminən 3 km-də yol nəqliyyat hadisəsi baş verib. İki avtomobil toqquşub. Hadisə zamanı Mersedes-Benz avtomobili hərəkət etdiyi xəttdən çıxaraq yol kənarında çuxura düşüb.

Hadisə yerinə Marneuli təcili tibbi yardım xidməti və yol patrul xidməti cəlb edilib. Hadisənin hansı səbəbdən baş verdiyi polis tərəfindən araşdırılır.

Hadisə nəticəsində zərər çəkən vətəndaş xəstəxanaya yerləşdirilib.

Yol nəqliyyat hadisəsi ilə bağlı CM-nin 276-cı maddəsinin birinci hissəsi ilə istintaq gedir və maddə nəqliyyatın hərəkət zamanı insan sağlamlığına az ağır zərər vuraraq təhlükəsizlik və ya ekspluatasiya qaydasını pozmasını  nəzərdə tutur.

DİN-dən Marneuli Radiosuna verilən məlumata görə, yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər yüngül xəsarət alıb və tibbi müəssisəyə yerləşdirilib. Onun sağlamlıq durumu qənaətbəxşdir.


Print ელ. ფოსტა
FaceBook Twitter Google