Marneuli
Seyid Qocalı kəndinin sakini - "Kənd təsərrüfatı ilə məşğuluq və buraya alıcılar gəlmir, yolun pis vəziyyətdə olmasına görə avtomobilləri xarab olur"
Marneulidən 21 km uzaqlıqda yerləşən Seyidi Qocalı kəndi Debet çayının sahilində, Marneuli-Qırmızı Körpü magistral yolunun 1 km uzaqlığında yerləşir. Həmin kəndə gedəndə magistral yoldan 20 km asfalt yolla hərəkət edirsən, sonra isə magistral yoldan kəndə qədər 1 km məsafəni kələ-kötür, çınqıllı yolla getməli olursan. Kənd harda yerləşir, adı necə yazılır, necə getmək lazımdır - bu haqda lövhə belə yoxdur. Kənddə 120 yaxın ailə yaşayır.

43 yaşlı Zabit Məmmədov da Seyidi Qocalı kəndində yaşayır. Onun əsas gəliri kənd təsərüffatı və maldarlıqdır. Zabiti əsas narahat edən yollarının pis olmasıdır. Deyir ki, həyətində əkib becərdiyi məhsulu bazara çıxarmaqda çətinlik çəkir. Kəndlərinə məhsullarını almaq üçün alıcı gəlmir. Onun sözlərinə görə, təcili tibbi yardım biriqadalarını çağrırırlar, onlarsa vaxtında gəlmirlər, və ya heç gəlmirlər.



Kənd əhalisinin sözlərinə görə kəndlərində məktəb olmadığından övladları qonşu kənd - Araflı məktəbinə getmək məcburiyyətindədirlər. Soyuq, yağışlı havaarda məcburdurlar ki, övladları həmin yolu getsinlər.



Kənddə yaşayan sakinlər bildirirlər ki, onların problemləri ilə maraqlanan yoxdur. Onların problemləri ilə yalnız seçkidən-seçkiyə maraqlanırlar. Onda da söz verirlər ki, problemləri seçkidən sonra öz həllini tapacaq.

Marneuli meriyasından bildirirlər ki, indiki mərhələdə Seyid Qocalı kəndində yolun bərpa işləri planlaşdırılmır.

| Print |
FaceBook Twitter Google
მსგავსი სიახლეები
მსგავსი სტატიები არ მოიძებნა
პოპულარული სიახლეები
ჩვენ ფეისბუქზე :)
პოპულარული ფიქსირებული დღეებით