Daxili Işlər Nazirliyi şəxsi həyat sirrinin açılması və qəsb etmə ittihamı ilə Azərbaycan vətəndaşını saxlayıb
DİN-in Kvemo Kartli polis departamentinin əməkdaşları Marneulidə operativ məlumat əsasında aparılan davamlı istintaq fəaliyyəti nəticəsində şəxsi həyat sirrinin açılması və qəsb etmə ittihamı ilə Azərbaycan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü S.Z. saxlayıb.

Onun tərəfindən törədilmiş cinayət 4-dən 7 ilə qədər azadlıqdan məhrum edilməsni nəzərdə tutur.

İstintaq müəyyən edib ki, Marneulidə müvəqqəti yaşayan S.Z. fahişəliklə məşğul imiş. O, Türkiyə vətəndaşı biznesmen A.A. ilə intim mümasibəti çəkib ki, şantaj yolu ilə qeyd olinan şəxsdən böyük məbləğdə pul alsın.

Şəxsi həyatı əks etdirən videonun sosial şəbəkədə yayılması hədəsi ilə S.Z. biznesmendən pul qəsb etməyi planlaşdırıb. Polis S.Z.-nı pul verən zaman saxlayıb.

Faktla bağlı Gürcüstan CM-nin 157-ci prima maddəsinin 1-ci hissəsi ilə və 181-ci maddəsinin 1-ci hissəsi ilə istintaq gedir.

Mənbə: police.ge

Print ელ. ფოსტა
FaceBook Twitter Google