Marneulidə zorakılıq qurbanları üçün böhran mərkəzi açılacaq

Marneulidə zorakılıq qurbanlarının böhran mərkəzi yaradılacaq. Bu mərkəzdə ailə zorakılığı qurbanlarına, cinsi zorakılıq və qadınlara qarşı törədilən zorakılığın qurbanlarına xidmət göstəriləcək.

Keti Beroşvilinin bizimlə söhbəti zamanı bildirdiyinə görə, hal-hazırda mütəxəssislərin seçimi davam edir.

“Burada sosial işçi, psixoloq və hüquqşünas işləyəcək. Mərkəzin xidmət prinsipi pulsuz psixoloji məsləhətlər veriləcək, bunu dövlət fondu, yəni biz maliyyələşdiririk. Hüquqi məsləhət, hüquqi yardım olacaq. Hüquqi məsləhət və yardım fərqli şeylərdir. Və sosial işçinin rolu. Zorakılığa təsir göstərməkdə sosial işçinin də böyük rolu var. Mərkəzdə bu üç istiqamətdə məsləhətlər olacaq” - deyə Keti Beroşvili bildirdi.

Marneulidə böhran mərkəzi ilin sonunadək açılacaq. Tbilisi, Kutaisi və Qoridə artıq müvafiq mərkəzlər fəaliyyət göstərirlər.

 

"Marneuli" Radiosu

 

Print
თეგები: Marneuli