DİN Bolnisidə mənzil oğurluğuna dair 5 faktı aşkarlayıb - bir şəxs həbs olunub
DİN Kvemo Kartlinin Polis Departamentinin Bolnisi rayon İdarəçiliyinin əməkdaşları aparılan operativ istintaq nəticəaində hakimin qərarı əsasında 1993-cü il təvəllüdlü keçmişdə mühakimə olunmuş və hal hazırda icbari iş altında olan A.Q. oğurluq ittihamı əsasında Bolnisidə həbs edilib.
Cəza 6-dan 10 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur. İstintaq müəyyən edib ki, ittiham olunan şəxs cari ilin iyulunda və avqustunda Bolnisidə 5 mənzilə qanunsuz girib və nəticədə mənzil sahiblərinə aid olan qızıl və gümüş əşyaları oğurlayıb.
İstintaq eləcə də müəyyən edib ki, oğurlanmış dəyərli əşyaların ümumi dəyəri 18 000 larini təşkil edir. Polis oğurlanmış dəyərli əşyaların böyük hissəsini sübut olaraq götürüb.

İstintaq Gürcüstanın CM-nin 177-ci maddəsinin 2-ci hissəsinin "a" aşağıbəndi, 3-cü hissəsinin "b" və "q" aşağıbəndi, 4-cü hissəsinin "b" aşağıbəndi ilə, vacib zərərə səbəb olmuş mənzilə qanunsuz girmə ilə dəfələrlə törədilmiş oğurluq faktına dair gedir.

Mənbə: police.ge

Print