“Beynəlxalq Şəffaflıq - Gürcüstan” MSK-nın qərarına etiraz edəcək.
Söhbət Mərkəzi Seçki Komissiyasının xaricdə yaşayan Gürcüstanın
vətəndaşlarının 2018-ci il prezident seçkilərinin ikinci turunda
saat 12:00-dək səs verə biləcəkləri barədə qərarından gedir.
“Beynəlxalq Şəffaflıq - Gürcüstan” təşkilatının icraçı direktoru
Eka Qigauri “Palitranyus” telekanalına bildirib ki, bu qərar
qanunvericiliyə ziddir.
“Mərkəzi Seçki Komissiyası seçkiləri elə günə təyin edə
bilərdi ki, seçkilərdə iştirak etmək üçün vətəndaşlarımıza maneələr
yaranmazdı. Buna görə də, əlbəttə ki, seçkilərdə mümkün qədər çox
insanın iştirak etməsi üçün hər şeyi etməyiblər.
Seçkilərin çərşənbə günü keçiriləcək olmasına gəldikdə isə, bu bir
qanun pozuntusu deyil, onlar bunu etmək hüququna malikdirlər, lakin
əgər onlar ictimaiyyətin maraqlarına uyğun hərəkət etsələr, o günü
seçməməli idilər.
Seçki məntəqələrinin saat 12.00-da bağlanması məsələsinə gəldikdə,
biz hesab edirik ki, bu, qanunvericiliyə ziddir və biz bu məsələ
ilə bağlı məhkəməyə müraciət edəcəyik”, - Eka Qigauri
deyib.
Xaricdə yaşayan Gürcüstan vətəndaşları 2018-ci il prezident
seçkilərinin ikinci turunda saat 12.00-a qədər seçimlərini edə
biləcəklər. Bu barədə qərar 14 noyabr tarixində Mərkəzi Seçki
Komissiyasında qəbul edilmişdir. Qərar seçkilərin ikinci turunun iş
günündə keçiriləcəyinə əsaslanır. Belə ki, bu, xaricdə yaşayan
Gürcüstan vətəndaşları üçün maneə ola bilər.
Prezident seçkisinin ikinci turu noyabrın 28-də təyin olunub.