İsani-Samqori polisi Tbilisidə 1990-cı ildə anadan olmuş bir şəxsi
saxlayıb.
İstintaq onu qəsdən qətl törətməkdə və iki və daha artıq şəxsi
qəsdən öldürməyə cəhddə ittiham edir.
Polis idarəsinin məlumatına görə, qətl hadisəsi Tbilisidə, 16
noyabr tarixində, axşam saatlarında baş verib. İstintaqın
versiyasına görə, saxlanılmış şəxslə iki tanışı arasında münaqişə
yaranıb, münaqişə fiziki qarşıdurmaya çevrilib, bu zaman saxlanılan
şəxs həmin iki nəfərə bıçaqla xəsarət yetirib.
Yaralılardan biri xəstəxanaya çatdırılanadək dünyasını dəyişib,
digəri isə xəstəxanaya yerləşdirilib.
“İntensiv istintaq tədbirləri davam edir, cinayətdə istifadə olunan
bıçaq maddi dəlil kimi götürülüb”, - DİN-nin bəyanatında qeyd
edilib.
Günahı sübuta yetirildiyi halda saxlanılan şəxsi 16 ildən 20 ilədək
və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.