İstirahət etmək üçün faydalı məsləhətlər
Hələ də istirahət gününüzü necə dəyərləndirəcəyinizlə bağlı plan qurmayıbsınızsa, aşağıda təqdim etdiyimiz maraqlı məsləhətlərdən faydalana bilərsiniz.

Park gəzintisi:
Günə gəzinti edə biləcəyiniz və bir az nəfəs ala biləcəyiniz parklarla başlayın. Təmiz havadan faydalanın. Təmiz hava həftənin yorğunluğunu atmanıza kömək edəcək. 

Yağış yağarsa: Əgər həftə sonu yağış yağacaqsa və siz çölə çıxmaq istəmirsinizsə, ən yaxşısı sevdiklərinizi evə dəvət edin. Maraqlı söhbətlər, filmlər sizə xoş əhval-ruhiyyə bəxş edəcək. Gözəl çay süfrəsi və sevdiklərinizlə keçirdiyiniz zaman, izlədiyiniz film bütün bunlar sizə yaşadığınız yorğun həftəni unutduracaq.

Kitab oxumaq: Bu günü kitab oxumaqla da dəyərləndirə bilərsiniz. Bir kitab seçin daha sonra aşağı səsdə gözəl bir musiqi açın, bu bir radio tezliyidə ola bilər və seçdiyiniz kitabın sehirli dünyasına daxil olun. Heç bilmədiyiniz dərinliklərdə möcüzələr tapa bilərsiniz. 

Mətbəx: Mətbəxdə vaxt keçirməkdən sıxılmış ola bilərsiniz. Hər gün məcburiyyətdən bişirilən yeməkləri bir kənara atın. Bu həftə sonu bütün ailənizlə birlikdə heç hazırlamadığınız yeməyi hazırlayın. Mətbəx çirklənər deyə düşünməyin. Ailənizlə keçirdiyiniz zaman sizə hər şeyi unutduracaq. Yeməyi hazırladıqdan sonra mətbəxi birlikdə təmizləyə bilərsiniz.



Print ელ. ფოსტა
FaceBook Twitter Google