Ukrayna Baş Qərargahı - Rusiya 20-dən çox Ukraynalı dənizçini əsir götürüb
Ukraynanın donanmasının üç kiçik gəmisi “Berdiansky”, “Nicopol” və “Jana Capu”nun 20-dən artıq sərhədçisi rus işğalçıları tərəfindən əsir götürülüblər.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Viktor Mujenka bildirib.

“Dənizçilərin taleyi məlum deyil. Yalnız altı nəfər yaralı barədə məlumatımız var. Bunlardan ikisinin vəziyyəti ağırdır. Rusiyanın bu hərəkətlərindən sonra biz gəmilərimizlə əlaqəni itirdik. Üç gəmidə ümumilikdə 23 nəfər var idi”, - deyə o, bildirib.

Digər tərəfdən Ukraynalı vətəndaşlar Rusiyanın Dəniz Donanmasının təcavüzkar hərəkətlərinə etiraz etmək üçün Kiyevdə Rusiya səfriliyinin qarşısına toplanıblar. Nümayişçilər səfirlikdə şinlər yandırmaq istəyib, lakin polis onlara icazə verməyib. Qeyd edək ki, Daha sonra Rusiya səfirliyi yaxınlığında səfirliyin maşınlarından birində yanğın baş verib. Səfirlik qarşısında yüzlərlə Ukraynalı hələ də qalmaqdadır.

Məlum olduğu kimi, Rusiya dəniz qüvvələrinin gəmiləri Ukrayna hərbi dəniz qüvvələrinin gəmilərinə Kerç boğazını tərk edərkən atəş açıb. Bu barədə məlumatı Ukrayna tərəfi yayımlayıb.

Əldə olunan məlumatlara görə, “Berdiansky” və “Nikopol” adlı iki kiçik artilleriya gəmisi Odessa limanından Mariopola keçməyi planlaşdırırdılar. Bundan əlavə, “İan Kapu” da zorla dayandırılmışdı. Ukrayna tərəfi bildirir ki, həmin gəmilər Rusiya tərəfindən saxlanılıb. Hadisə nəticəsində 6 Ukraynalı dənizçi yaralanıb.



Print ელ. ფოსტა
FaceBook Twitter Google