Müəllimin zorakılıq ittihamı ilə işdən azad olunmasını ailə üzvləri siyasətlə əlaqələndirirlər
18:05 / 27.11.2018
Marneuli bələdiyyəsinin Baydar kənd məktəbinin
idman müəllimi şagirdi vurduğuma görə məktəbdən uzaqlaşdırılır.
Hadisə 15 noyabr tarixində baş verib, lakin idman müəllimi Binnət
Muxayevin dediyinə görə, onun işdən azad olunması haqqında məlumat
bir həftə sonra ortaya çıxıb.
Şagirdin valideyninin Marneuli radiosuna bildirdiyinə görə, hadisə
təsadüfən olub və o istəmir ki, başqalarının məsələsində adı
hallansın.
“Məsələni Nizam İntizam Komitəsi araşdıracaq” - Baydar ictimai
məktəbinin direktoru Xəyalə Şərəyeva deyir. O, deyir ki, hadisəni
öz gözləri ilə görür. Onun dediyinə görə, ərizə hələ yazılmayıb.
Hadisə 15 noyabr, cümə axşamı günü baş verib, 16 noyabr tarixində
isə direktor nizam intizam komitəsinə müraciət edib. Bir həftəlik
müzakirələrdən sonra qərar qəbul edilib. Məktəb direktoru deyir ki,
şagirdin valideynləri də, şagirdin özü də zorakılıq faktını
təsdiqləyiblər.
Xəyalə Şərəyeva siyasi konteksti təkzib edir və deyir ki, siyasi
işlərə qarışmır. İdman müəlliminin oğlu Elçin Muxayev isə başqa cür
düşünür. O, Milli Hərəkat Partiyasının üzvüdür. O, deyir ki, anası
da həmin məktəbdə müəllim kimi çalışır və məktəbin ona xəbərdarlıq
edib ki, müəllimlərin səsvermə prosesini müşahidə edəcəklər. O,
həmçinin Marneuli majoritar deputatı Ruslan Hacıyevin məktəb
direktoruna idman müəllimi Binnət Muxayevi necə təyin etmisən, elə
də işdən çıxar deyib. Buna səbəb kimi isə Elçin Muxayevin Ruslan
Hacıyevin “Facebook” şərhinə yazdığı sualı göstərib.
“Marneuli” radiosunun məktəb direktoruna zəng edib-etməməsi ilə
bağlı sualına Ruslan Hacıyev gülüb və deyib ki, bu məsələyə
qarışmır və bu məktəbin müəllimi ilə görüşmək bir yana, onu heç
tanımır da.
Müəllim işdən azad ediləcək, ya yox. Bu barədə direktor hələ rəsmi
əmr yazmayıb. Nizam-İntizam komitəsi isə vəziyyətin
qiymətləndirilməsi işlərini başa çatdırıb.