ABŞ-ın 41-ci prezidenti George W Bush 94 yaşında vəfat
edib, onun oğlu George W Bush bəyan edib
.
George Bush 1989-1993-cü illərdə ABŞ prezidenti olub. Rəsmi
məlumata görə, sabiq prezident cümə günü, yerli vaxtla saat
22:10-da vəfat edib.
Son illər səhhətinin zəifləməsinə baxmayaraq o, ictimaiyyət
qarşısına çıxardı. George Bush-un bir müddətlik prezidentliyi vaxtı
xarici siyasət üstünlük təşkil edib.
Bu dövrdə Şərqi Avropada kommunizm süquta uğrayıb və 1990-ci ildə
İraq lideri Səddam Hüseynin Küveytə müdaxiləsi baş verib. George
Bush İraq qüvvələrini Küveytdən çıxmağa məcbur edən hərbi
koalisiyanın yaradılmasında aparıcı rol oynayıb.
George Bush Ronald Reagan administrasiyasında iki dəfə
vitse-prezident olandan sonra prezident seçilsə də, bu vəzifədə
cəmi bir müddət qala bilib.
1992-ci ildə, iqtisadiyyatın zəifləməsi şəraitində keçirilən
seçkilərdə onu Bill Clinton məğlub etdi.
1988-ci ildə o, "Dodaqlarımdan oxuyun. Yeni vergilər olmayacaq"
məşhur vədlə çıxış etsə də, daha sonra onu yerinə yetirə
bilməmişdi.
George Bush-un 4 illik prezidentliyi Soyuq müharibənin başa çatması
və 1990-ci ildə İraq lideri Səddam Hüseynin Küveytə müdaxiləsindən
sonra ilk İraq müharibəsi ilə yadda qalacaq.
Atasından 8 il sonra, 2001-ci ildə George Bush-un oğlu George Bush
ABŞ-ın 43-cü prezidenti seçilib.
George Bush ABŞ tarixində ən uzunömürlü sabiq prezidentdir.
Onun xanımı Barbara Bush aprel ayında, 92 yaşında vəfat
etmişdi.
bbc.com/azeri