İmirhəsəndə suvarma suyunun bərpa işləri gedir
Kvemo Kartlidə 2 600 hektar kənd təsərrüfatı sahələrinə suvarma suyunun verilməsi yaxşılaşdırılacaq.
Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin “Gürcüstan Melorasiya” MMC təşkilatı İmirhəsənin suvarma suyu sisteminin mənbəyi və magistral kanalının bərpasını həyata keçirir.

“Gürcüstan Melorasiyası” MMC-nın baş direktoru Otar Şamuqiya Kvemo Kartlidə dövlət qubernatoru Şota Rexviaşvili və Bolnisi bələdiyyəsinin meri Davit Şaradazişvili Bolnisidə gedən işləri nəzərdən keçiriblər və yerli əhali ilə görüşüblər.

Layihə çərçivəsində Maşavera çayının mənbəyidə təmizləmə qalereyasının qanadları təmizlənəcək və öz mexanizmləri ilə montaj olunacaq.

İmirhəsən magistral kanalının 5.5 km-lik hissəsi bərpa olunacaq. İşlər iki sahədə gedir.

Capala kəndində sıx məskunlaşmış məhəllədən keçən arx beton duzbücaqlı formada olan arxla əvəz olunacaq. Arxda eləcə də suyu paylayan quyu, avtomobil və piyada körpüləri qurulacaq.

Bərpa oluna suvarma sistemi ilə Bolnisi bələdiyyəsinin Capala və Savaneti kəndində 2 600 hektar torpaqda su təminatı yaxşılaçacaq.

Gürcüstan melorasiyası son 6 il ərzində Kvemo Kartli bölgəsində, melorasiya infrastrukturuna dair 39 bərpa layihəsi həyata keçirib və nəticədə əlavə 23 473 hektar kənd təsərrüfatı torpaq sahəsi su ilə təmin olunub, suyun 22 517 hektara verilməsi yaxşılaşdırılacaq.
Mənbə: ag.ge

Print