Ermənistanın sabiq prezidenti Koçaryan həbs olundu
Ermənistan məhkəməsi, Ermənistanın sabiq
prezidenti Robert Koçaryanın 2008-ci ildə keçirilən etiraz
aksiyaları zamanı baş vermiş və 10 adamın ölümünə səbəb olan
hadisələrlə əlaqəsi olduğu səbəbilə həbs olunmasına qərar
verib.
Ali məhkəmə Koçaryanın 2008-ci ildəki hadisələrlə əlaqəsi olduğu
səbəbilə həbs olunmasına hökm edib.
Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci ildə konstitusiya
qaydalarını pozma ittihamı ilə önləyici tədbir olaraq 1998-2008
illəri arasında Ermənistanda prezident olmuş Koçaryanın həbs
olunması üçün məhkəməyə müraciət etmişdi.
Koçaryan ittihamları qəbul etməmiş, ona siyasi təzyiq edildiyini
iddia etmişdi.
“Konstitusiya qaydalarını pozma” ittihamı ilə Koçaryan barəsində
Yerevan Ümumi Hüquq Məhkəməsi tərəfindən iyul ayında həbs qərarı
verilmişdi. Koçaryan daha sonra şərti azadlığa buraxılmışdı.
Ermənistanda 2008-ci ildə keçirilən prezident seçkilərinə etiraz
səbəbilə mitinqlər keçirilmiş, 1 Mart 2008-ci ildə baş vermiş
hadisələrdə da 2 polis olmaqla 10 nəfər həyatını
itirmişdi.