Saimerlo kəndində uşaq bağçası ötən gün, 10
dekabr tarixində tamamlanmalı idi, lakin işlər hələ də davam
edir.
Marneuli meriyasının İnfrastrukturun İnkişafı, Analiz və Monitorinq
Şöbəsinin rəhbəri Davit Mumladzenin bildirdiyinə görə, müqavilə
şərtlərinin pozulmasına görə işləri yerinə yetirən şirkət cərimə
olunacaq.
Mumladze onu da deyir ki, tikinti işlərinin yanvar ayının
sonlarınadək davam edəcəyi gözlənilir.
Şirkət Saimerlo uşaq bağçasının tikintisini tamamlayanadək ona
cərimə tətbiq olunacaq.
Saimerlo uşaq bağçası 120 uşaq üçün nəzərdə tutulub. Bağçanın
tikinti sənədindən aydın olur ki, uşaq bağçasının binasında dörd
tam qrup bloku və digər köməkçi otaqlar olacaq. İkinci mərtəbədə
isə uşaq qrupları ilə birlikdə rəhbərliyin otağı və idman/incəsənət
tədbirləri üçün zal olacaq. Bina məhdud fiziki imkanlı şəxslər üçün
uyğunlaşdırılacaq.