12 dekabr üçün ulduz falı
Qoç
- planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə
dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda
olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi
məsələlərin həlli üçün əlverişli zamandır. Günün ikinci yarısında
yeni sifariş ola bilər.
Buğa - situasiya sizdən ani reaksiya, qərarların sürətlə qəbul
olunmasını tələb edir. Uğur qazanmaq üçün yeni şərtlərə uyğunlaşmaq
labüddür. Adi günlərdən fərqli olaraq daha çevik davranmalı,
süstlük və ətaləti bilmərrə unutmalısınız.
Əkizlər - günün ilk yarısında fəal ünsiyyət və yeni əlaqələrin
yaradılması işlərinizi əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.
Bütün diqqəti özünüzə cəlb etməyə çalışmayın. Yaxın ətrafınızdakı
insanlardan birinin köməyə və yaxşı məsləhətə ehtiyacı var.
Xərçəng - günün ilk yarısında kommunikasiya, mübadilə,
informasiyanın alınması ilə bağlı cəhdlər uğurlu olacaq. İşgüzar
müzakirələr üçün qeyri-rəsmi format seçin. Tərəfdaşlarla ünsiyyətdə
maraqlarınızı tam təmin edin. Bunun üçün əlahiddə səylərə heç bir
lüzum yoxdur. Subaysınızsa, internetdəki tanışlığa çox bel
bağlamayın.
Şir - günün ilk yarısı ən mürəkkəb işlərin başa çatdırılması üçün
münasib zamandır. Peşəkar fəaliyyətiniz daşımalar, marketinq və ya
vasitəçiliklə bağlıdırsa, yaxşı nəticələr əldə edəcəksiniz. Dəvət
aldığınız yerə yollansanız, maraqlı xəbərlər eşidəcəksiniz. Axşam
saatlarını dəyərləndirdiyiniz insanlarla birgə istirahətə həsr
edin.
Qız - işdə rəhbərliklə danışmaq, problemləri müzakirə etmək üçün
günün ilk yarısı daha əlverişlidir. Təşəbbüskar olsanız, dəstək və
yardım alacaqsınız. İşgüzar danışıq, görüş uğurlu olacaq.
Sözləriniz eşidiləcək. Günün ikinci yarısında vəziyyət sizdən
trivial olmayan qərarlar tələb edir. Problemlərin həllində çevik və
mütəhərrik olun.
Tərəzi - fikir və mövqelərinizi yaxın ətrafınızdakı insanlardan
gizlətməyin. Bu minvalla yeni əlaqələr yaratmaqla yanaşı, mövcud
təmasları möhkəmləndirə bilərsiniz. Sizi daha çox maraqlandıran
sahə ilə bağlı mümkün qədər çox informasiya əldə etməyə çalışın.
Günün ikinci yarısında peşəkar fəaliyyət bacarıqlarınızı artırın.
Qiymətli təcrübə əldə etmək, yeniliyi əxz etmək imkanları var.
Əqrəb - problemlərin çözümündə məntiqli, amma sürətli davranın.
Kommunikativ təcrübənizdən yararlanın. Məqsədə çatmaq üçün bu gün
ən adi söhbətdən də yararlana bilərsiniz. Nəzakətli olun, rişxənd
və iradlara yol verməyin. Günün ikinci yarısında zarafat ən ağır
situasiyanı yüngülləşdirə bilər.
Oxatan - günün ilk yarısında məhsuldar çalışa bilərsiniz. İşlərin
öhdəsindən gəlməyə can atın. Ünsiyyətdə quru rəsmiyyətçiliyə yol
verməyin. İşgüzar danışıqlarda isə səmimi olmağa can atın. Saatlar
keçdikcə maliyyə imkanları artır. Yaxın ətrafınızdakı insanların
qayğılarından hali olun.
Oğlaq - karyeranızın inkişafı yaxın ətrafınızdakı insanlarla dil
tapmaq və danışıqlarda məntiqli davranmağınızdan asılıdır. Bilikli,
təcrübəli insan təsiri bağışlamaq istəyirsinizsə, ünsiyyətdə səmimi
olun. Peşəkar fəaliyyət sahəsində irəliləyişlərə can atın. Günün
ikinci yarısında uğur istisna deyil. Sənədləşdirmə və
hesablamalarda diqqətli olun.
Dolça - günün ilk yarısından müsbət enerjili olun. Belədə istənilən
ağır situasiyadan çıxış yolu tapa bilərsiniz. İşlərin yerinə
yetirilməsi prosesində ciddi maneələr olmayacaq. Test və ya
söhbətlərdə bacarıqlarınızı aşkarlamağa çalışın.
Balıqlar - günün ilk yarısı işgüzar tərəfdaşlar, həmkarlar və işdə
rəhbərliklə müzakirələr üçün əlverişlidir. Mövqeyinizi qoruyun,
arqumentlərinizi unutmayın. Qəbul edilmiş oyun qaydalarına riayət
edin. Danışmaqla yanaşı, dinləməyi də bacarın.