VİDEO – Parlamentdə deputatlar əlbəyaxa olublar
Prezident seçkiləri məsələsi Gürcüstan Parlamentində Milli Hərəkatın üzvü Nika Melia ilə Vətənpərvərlər Alyansının üzvləri İrma İnaşvili və Emzar Kvitsiani arasında fiziki qarşıdurmaya səbəb olub.
Nika Melianın bəyanatı Vətənpərvərlər Alyansının deputatlarını qıcıqlandırıb. Nika Melia bir daha Gürcü Arzusunu tənqid edib və bildirib ki, onlar seçkiləri saxtalaşdırıblar. Bundan sonra isə reqlamentə uyğun olaraq İrma İnaşvili çıxış edib. Nika Melia bir neçə dəfə onun sözünü kəsib. İrma İnaşvili deputatı sakitləşməyə, dərman qəbul etməyə və açıq havaya çıxmağa çağırıb, sonra isə Melianın yanına gedib və mübahisə edib.

Bundan sonra Gürcüstan Parlamentinin iclas zalında vəziyyət gərginləşib. Gürcü Arzusu, Milli Hərəkat və Vətənpərvərlər Alyansının deputatları arasında fiziki qarşıdurma baş verib.

“Burada heç nə baş vermir, həmkarlarım, Milli Hərəkat vəd etdiyimiz uğursuzluğu qəbul edə bilmir,” – İrakli Kobaxidze Parlament sədri tribunasından bildirib.

Parlamentin sədri texniki fasilə elan edib.

Mənbə: On
Print ელ. ფოსტა
FaceBook Twitter Google