VİDEO - İstintaq xidməti aksizsiz tütün məhsulunun saxlanılması-daşınılması ilə bağlı dörd fakt aşkar edib
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları gəlirlər xidmətinin nümayəndələri ilə koordinasiyalı şəkildə apardıqları tədbirlər nəticəsində böyük miqdarda aksizsiz məhsulun aksiz markası olmadan saxlanılması-daşınılması ilə bağlı dörd fakt aşkar edib.
İstintaq nəticəsində müəyyən edilib ki, Tbilisidə və Kaxeti bölgəsində adları cinayətdə hallanan şəxslər sonradan satış məqsədilə İQOS elektron siqaret üçün nəzərdə tutulan “HEETS”- şirkətinin istehsalı olan 3 451 qutu aksizsiz siqaretini saxlanılması-daşınmasını həyata keçiriblər.

İstintaq nəticəsində aşkarlanan aksizsiz tütün məhsulunun ümumi bazar dəyəri 18 000 laridən çoxdur.

Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin birinci və ikinci hissələri ilə istintaq davam edir. Həmin maddə 4-dən 6 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.


Print ელ. ფოსტა
FaceBook Twitter Google