Gürücstan Müsəlmanları İdarəsində Şeyx vəzifəsini tutmaq üçün üç namizəd mübarizə aparır
Bu gün, 24 dekabr tarixində Gürcüstan Müsəlmanlar İdarəsində şeyx seçkiləri keçirləcək. Keçirilən seçkilərdə üç namizəd - Ramin Igidov, Namiq Hüseynov və Rahid Kərimov mübarizə aparacaq.

19 dekabr tarixində Gürcüstan Müsəlmanları Ali dini İdarəsi toplantı keçirərək gizli yolla səsvermə keçiriblər. Baş tutan seçkilərdə ən çox səs toplayan üç namizəd seçilərək ikinci mərhələyə keçib.

Qeyd edilməlidir ki, 21 nəfərlik ali dini şuranın üzüvləri üç nəfər arasında bu gün seçim edəcəklər. Qalib gələn namizəd Gürcüstan Müsəlmanları İdarəsinin nizamnaməsinə əsasən 5 il müddətinə şeyx vəzifəsini icra edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google