Gürücstan Müsəlmanları İdarəsində keçirilən Şeyx seçkilərində Ramin İgidov təkrar şeyx seçilib
Bu gün, 24 dekabr tarixində Gürcüstan Müsəlmanlar İdarəsində şeyx seçkiləri keçirilib. Keçirilən seçkilərdə Ramin İgidov 5 il müddətinə yenidən şeyx seçilib. Baş tutan seçkilərdə üç namizəd - Ramin Igidov, Namiq Hüseynov və Rahid Kərimov mübarizə aparıb. Ən çox səs toplayan Ramin İgidov öz vəzifəsində qalaraq yenidən Gürcüstan Müsəlmanları İdarəsininin şeyxi olaraq fəaliyyətinə davam edəcək.

Bu gün keçirilən şeyx seçkilərində 21 nəfərlik ali dini şuranın üzvlərindən 4 nəfəri bəzi səbəblərə görə iştirak etməyib. Yenə də seçkilər baş tutmuş hesab edilib.

Təkrar şeyx seçilən Ramin İgidov "Marneuli" Radiosuna gələcək planlarından danışdı.

"Ruhani olduğumuz üçün bizim fəaliyyət sahəmiz onsuzda bəllidir. Sadəcə olaraq biz bu bir müddət ərzində işlədiyimizi gördük ki, müəyyən təyinatlarda dəyişiklik olmağına ehtiyac var və onları dəyişməliyik. Son 5 il ərzində deyərdim ki, təcrübə ili idi və bu təcrübə illərində gördük ki, müəyyən məsələləri daha da yaxşı aparmaq olar. Məqsədimiz camaatın dini sahədə ehtiycını qarşılamaq və onların dini həyatlarını yaşamalarına daha da gözəl şərait yaratmaqdır" - Ramin İgidov dedi.


Onu da əlavə edək ki, 19 dekabr tarixində Gürcüstan Müsəlmanları Ali dini İdarəsi toplantı keçirərək gizli yolla səsvermə keçiriblər. Baş tutan seçkilərdə ən çox səs toplayan üç namizəd seçilərək ikinci mərhələyə keçib.

Qeyd edilməlidir ki, 21 nəfərlik ali dini şuranın üzüvləri üç nəfər arasında bu gün seçim etdilər. Qalib gələn namizəd Gürcüstan Müsəlmanları İdarəsinin nizamnaməsinə əsasən 5 il müddətinə şeyx vəzifəsini icra edəcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google