Bu gündən xəstənin müalicəsi haqqında məlumat elektron qeydlər üzrə vahid sistemdə əks olunacaq
14:05 / 15.01.2019
15 yanvardan
Gürcüstanda elektron tibbi qeydlər sistemi qüvvəyə
minəcək.İPN-ə Əmək, Sağlamlıq və sosial müdafiə
nazirliyinin tənzimləmə üzrə şöbəsinin rəhbəri Natia Noğaideli
bildirib ki, cari ilin 15 yanvarından Tbilisi, Kutaisi ə Batumidə
fəaliyyətdə olan dövlət proqramlarını verən bütün stasionar tibbi
müəssisələr xəstəyə istəyi olan halda dövlət proqramından istifadə
edən şəxsin sağlamlıq durumu haqqında məlumatı sağlamlıq haqqında
elektron qeydlər sisteminə daxil etməyə məcburdur.
“Bilirsiniz ki, çox uzun müddətdir elektron tibbi
qeydlər sisteminin qüvvəyə minməsi haqqında söhbətlər gedirdi. Bu
çox vacibdir çünki hər istiqamətdə böyük əhəmiyyəti olan sağlamığa
dair vahid mərkəzləşdirilmiş qeydlər sistemi olacaq. Bu tibbi
xidmətin keyfiyyətinin təmin edilməsi, tibbi statistika, səhiyyə
siyasətinin yaradılması üçün isə sübutların idarə olunması üçün
vahid universal mənbə olacaq. Biz qürur duyuruq ki, 2019-cu ilin 15
yanvarından Gürcüstanda elektron tibbi qeydlər sistemi qüvvəyə
minəcək. İlkin mərhələdə qeydlərin yerinə yetirilməsi Tbilisi,
Kutaisi və Batumidə dövlət proqramı çərçivəsində mövcud olan
stasionar tibbi müəssisələrdə məcburi olacaq. Sonra isə ümumi
Gürcüstan miqyasında məcburi olacaq” - bildirib Natia
Noğaideli.
Onun sözlərinə görə, 2019-cu ilin 1 mayından elektron tibbi
qeydlərin yerinə yetirilməsi dövlət proqramı çərçivəsində mövcud
olan bütün stasionarlar üçün məcburi olacaq. 2019-cu ilin 1
sentyabrından isə buna dermato-kosmetoloji xidmətindən başqa,
dövlət proqramlarını təqdim edən ambulatoroloji müəssisələr əlavə
olunacaq. 2020-ci ilin 1yanvarından isə elektron tibbi qeydlərin
yerinə yetirilməsi bütün stasionar və ambulatoroloji müəssisələrdə
məcburi olacaq.
“Bu stasionar və ya ambulatoroloji müalicə epizodu
haqqında ümumiləşdirilmiş məlumat olacaq və sonradan xəstənin
müalicəsinin davam etdirilməsini təmin etmək üçün vacibdir. Bir
vizitdən sonra xəstə ikinci dəfə başqa həkimə gedə bilər. Xəstənin
istəyi olan halda bu məlumat yayılacaq ki, o, daha faydalı tibbi
xidmət alsın. Belə halda xəstənin müalicə prosesi olduqca tam
olacaq” – qeyd edib Noğaideli.
Xatırladaq ki, “sağlamlıq haqqında elektron qeydlər sisteminin
funksiya göstərməsi və yerinə yetirilməsi qaydası” Gürcüstanın
işğal edilmiş ərazilərindən məcburi köçkün, əmək, sağlamlıq və
sosial müdafiə naziri Davit Sergeenkonun sərəncamı ilə 2019-cu ilin
3 yanvarından təsdiqlənib və 15 yanvarda qüvvəyə
minəcək.