Marneulidə qızılca virusu halına biri də əlavə olunub
Marneulidə qızılca virusu halına biri də əlavə olunub . Bu haqda məlumatı amrneuli ictimai səhiyyə mərkəzinin rəhbəri Eter Laperadze deyir və qeyd edir ki, qızılca virusu ilə 26, 30 və 40 yaşlı xəstələr müalicə olurlar.
Laperadze qeyd edir ki, bələdiyyənin virusa qarşı vaksin problemi yoxdur və əhalini peyvənd vurdurmağa çağırır.
Peyvənd vurmaq üçün kənd ambulatoriyalarına müraciət etməlidirlər.

Qızılcanın mənbəyi xəstəliyə yoluxmuş adamlardır. Onlar xüsusən xəstəliyin ilkin dövründə təhlükəlidirlər. Virusun inkubasiya dövrü infeksiyaya yoluxmanın ilk simptomuna qədər 7-18 gündən ibarətdir. Xəstəliyə yoluxanlar səpgilərin başlamasından 4 gün ərzində keçici hesab olunurlar. Bundan əlavə virusun yüksək keçməsi xarakteri var, 24 saatlıq ünsiyyət dövründə infeksiyanı qəbul edən adam 40% , 48 saatlıq ünsiyyət dövründə - 60%, 72 saatlıq ünsiyyət dövründə isə - 80% xəstələnir.

Qızılcanın tipik halı yetərli dərəcədə kəskin başlayır, temperatur qalxır, simptomlardan təqribən 2-3 gün sonra ağız boşluğunda ağ yumru səpkilər əmələ gələ bilər, 5-6 gündən sonra isə xəstənin bədənində səpkilər əmələ gəlir. Ancaq xəstə adam nə qədər yaşlıdırsa simptomları keçirmək bir o qədər də çətindir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები